YAP-ın məşhur şəxsləri siyahıdan kənarda qaldı

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın məşhur şəxsləri siyahıdan kənarda qaldı

Siyasət

17 Dekabr 2019 10:24 17420


Gələn il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacaq. 

“Yeni Sabah” xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, siyahıda onlarla gənc və yeni namizədlər yer alıb. 

Saytın xəbərinə görə, yeni siyahıda Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Hacı Madar Musayev, Flora Qasımova, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Əflatun Amaşov, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Rövnəq Abdullayev, Zahid Oruc, İqbal Məmmədov və digər şəxslər yer almayacaq.  pizza hut

Həmçinin, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər. 

Digər məlumata görə, Milli Məclisin Birinci vitse-spikeri Ziyafət Əsgərovun Ali Məhkəmənin sədri, Əhliman Əmiraslanovun isə səhiyyə naziri təyin olunması gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!