YAP Siyasi Şurası partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib

saytların hazırlanması

Evə çatdırılma

YAP Siyasi Şurası partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib

Siyasət

28 Noyabr 2019 10:03 1190


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!