“Yapı Kredi Bank”ın vəzifəli şəxsi cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Yapı Kredi Bank”ın vəzifəli şəxsi cərimələndi

İqtisadiyyat

06 Fevral 2025 11:31 313


"Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi Mərkəzi Bankın tələbi ilə 8 min manat cərimələnib. 

Bu barədə “Yeni Sabah”a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduğu məlum olub. 

Bu pozuntu halı nəzərə alınaraq "Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi məhkəməyə verilib. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 8 min manat məbləğində cərimə edilib. Toyuqlu pizza

Qeyd edək ki,  İnzibati Xətalar Məcəlləsinin sözügedən maddələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan” müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib və daxili nəzarət proqramını tətbiq etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!