Yaponiyanın şimal-şərqindəki Akita əyalətində quşçuluq fermasında "quş qripi"nə yoluxma halı aşkarlanıb.
Yenisabah.az xəbər verir ki,Yokote bölgəsindəki toyuq fermasında mövsümün ilk "quş qripi"nə yoluxma halı baş verib.
Yerli səhiyyə idarələrindən verilə məlumata görə, fermada toyuq ölümləri artmaqdadır. Test edilən 13 baş toyuqdan 12-də "quş qripi" aşkarlanıb və vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. pizza
Qeyd edək ki, Akita Qubernatorluğu 143.000 toyuqun məhv ediləcəyini açıqlayıb. 10 kilometr məsafədə toyuq və yumurta daşınması qadağandır.
Nəzrin Vahid
Telegram kanalımız