Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı birləşmələrinə qarşı əks-hücuma keçib, işğal altındakı torpaqlarımızı qarış-qarış düşməndən azad edir.
Yenisabah.az xəbər verir ki, Azərbaycan hərbçiləri bu gərgin döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstərir, mərdliklə vuruşurlar. Onlardan biri də tank komandiri, kapitan Hikmət Hacıyevdir. O, Füzuli rayonu uğrunda gedən döyüşlərdə əsgərləri ilə bir yerdə, çiyin-çiyinə vuruşub, yaralanıb. Hazırda müalicə olunur. Yaxınlarının söylədiyinə görə, o, tez sağalaraq hərbçi yoldaşlarının yanına qayıtmaq, düşmənə qarşı vuruşmaq arzusundadır. Allah şəfasını versin!
Qeyd edək ki, kapitan Hikmət Hacıyevin atası Şubay da zabit olub, vaxtilə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Toyuqlu pizza
Telegram kanalımız