Yarımfinal üçün 200 milyon avro ayırdılar

saytların hazırlanması

Evə çatdırılma

Yarımfinal üçün 200 milyon avro ayırdılar

İdman

01 Mart 2025 13:38 307


PSJ-nin idman müşaviri Luis Kampuş Səudiyyə Ərəbistanı Futbol Federasiyasından 200 milyon avroluq təklif alıb.

Yenisabah.az Le Parisien-ə istinadla xəbər verir ki, ötən həftə İsveçrədə Kampuş və Səudiyyə Ərəbistanı nümayəndələri arasında danışıqlar olub.

Funksionerə 10 il müddətinə müqavilə və illik 20 milyon avro maaş təklif olunub. Təklifə əsasən, Kampuş Səudiyyə Ərəbistanı millisinin 2034-cü il dünya çempionatında yarımfinala yüksəlmək üçün hazırlaşmasına kömək etməlidir. Sezar pizza

Mütəxəssis Səudiyyə Ərəbistanı nümayəndələrinə 31 dekabr 2025-ci ilə qədər cavab verməlidir. O, hələ sənədi imzalamayıb və PSJ-də qalmağa üstünlük verir. Lakin Paris klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar maliyyə şərtlərinə görə çətinləşib.

"Arsenal" və "Çelsi" də Luisin ətrafı ilə əlaqə saxlayıb. PSJ isə artıq "Atletiko"nun keçmiş idman direktoru Andrea Berta ilə əlaqə saxlayıb.

Xatırladaq ki, DÇ-2034-ə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!