Yasa gedən ailə qəzaya düşdü: Xeyli sayda yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Yasa gedən ailə qəzaya düşdü: Xeyli sayda yaralı var

Hadisə

08 May 2025 23:49 592


Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi VAZ-2199 markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar. pizza mizza

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!