Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Sosial

17 Dekabr 2025 22:36 592


Paytaxtın Yasamal rayonunda, Zahid Xəlilov küçəsi 107 ünvanında 2010-2011-ci illərdə inşa edilmiş 15 mərtəbəli binalardan birinə daha bir mərtəbə əlavə olunub.

“Yeni Sabah” Milli.Az-a istinadən xəbər verir ki, sakinlər bu vəziyyəti təhlükəli hesab edərək başlarının üzərində əlavə yük olduğunu bildiriblər:

"15 mərtəbə kimi ekspertizadan keçmiş bina üzərinə əlavə mərtəbə tikmək qanunsuzdur. İş peşəkar mütəxəssislər tərəfindən görülməyib və təhlükə yaradır". pizza hut

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əməkdaşlar binaya baxış keçiriblər. Müşahidələr zamanı texniki sahələrin böyüdülərək mənzil kimi istifadə olunduğu müəyyən olunub. Nazirlik əlavə tikinti ilə bağlı aidiyyəti qurumlara məlumat göndərib.

Qurum həmçinin qeyd edib ki, çoxmərtəbəli binalarda ümumi əmlakın texniki vəziyyətinin qorunması və təhlükəsiz istismarı bina idarəetmə təşkilatının məsuliyyətinə aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!