Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb.
"Yeni Sabah" Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir.
Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb. Dominos pizza
Qeyd edək ki, naməlum şəxs “Niva” sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Telegram kanalımız