Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib.
1978-ci il təvəllüdlü Xankişiyev Vüqar Əlibxan oğlu qohumları ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. pizza
Fakt Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırılır. Yasamal RPİ-dən verilən məlumata görə, V.Xankişiyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə əvvəllər məhkum olunub. /APA
Telegram kanalımız