Yasamalda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb edildi

Hadisə

21 Noyabr 2025 21:53 891


Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bidirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülüb. pizza

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər tüstüdən boğularaq ölüb. Ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!