Yaşar Nurinin qızı vəfat etdi -   ANASINDAN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Nurinin qızı vəfat etdi - ANASINDAN AÇIQLAMA

Hadisə

15 Noyabr 2025 13:50 5172


Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı 49 yaşında vəfat edib.

Mərhumun anası Rəhimə Nuriyeva “Yeni Sabah”a açıqlamasında deyib ki, qızının halı qəfildən pisləşib və dünyasını dəyişib. 

“Böyük qızım vəfat edib. Mən yanında idim, halı pisləşdi, qəfil təzyiqi düşdü və birdən ürəyi dayandı. Heç bir xəstəliyi yox idi. Cəmi 49 yaşı vardı. Həyatın belə işləri var. İnsan bir gün var, bir gün yoxdur. Çox ağır zərbədir. Danışa bilmirəm, çətinlik çəkirəm”. Dördpendirli pizza

Ülviyyə Yaşarqızı ailəli idi, bir qızı var.

Mərhum Bakının Qala qəsəbəsində nənəsi və babasının qəbirinin yanında torpağa tapşırılacaq.

Yas mərasimi noyabrın 17-də Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, Ülviyyə Yaşar Nurinin iki qızından biri idi.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!