Türkiyədə yaşı 65-dən yuxarı olan şəxslərə küçəyə çıxma icazəsi verilir.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi göstəriş verib.
Türkiyənin 81 vilayətində bu qərar icra olunacaq. Belə ki, sənəddə yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəlikləri olan xəstələr (ehtiyac olduğu halda o xəstələrə baxanlar) 10 may bazar günü saat 11:00-15:00-da yaşadıqları ərazinin yaxınlığında maska ilə və sosial məsafəni gözləməklə gəzintiyə çıxa biləcəyi qeyd olunub. Dominos pizza
14 yaşa qədər uşaqlar 13 mayda, 15-20 yaş qrupuna daxil olan gənclər isə 15 mayda eyni şərtlər daxilində küçəyə çıxa biləcək.
Telegram kanalımız