Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. Lakin “Yaşa deyil, sevgiyə önəm veririk”, “Sevdikdən sonra yaş fərqi problem yaratmır”, “Yaşın nə fərqi var ki?” deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər də kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Fəridə Şərifova bildirib ki, cütlüklər arasında böyük yaş fərqi bir sıra problemlər yaradır:
“Cütlüklər arasında yaş fərqi çox olduqda bu fərq evliliyin davam etməyində bir sıra problemlərə yol aça bilir. Nəsil fərqi, şəxslərin böyüdüyü, tərbiyə aldığı zamanın tələbində olan fərqliliklər fikir ayrılıqlarına, hadisələrə münasibətlərdə fərqli davranışlarda yol açır. Burda böyük olan tərəf çox zaman yaşca kiçik olan tərəfi öz təsiri altına salmağa, “yenidən tərbiyələndirməyə” çalışır. Dominos pizza
Bildiyimiz kimi hər yaş dövrünün öz psixo-emosional tələbləri var. Kəskin yaş fərqi olduqda cütlüklər arasında bu tələblər və maraqlar kəsişmir, üst-üstə düşmür. Birinə maraqlı olan nələrsə digəri tərəfindən “uşaqca” qarşılanır. Çünki, böyük olan tərəf artıq bu mərhələləri çoxdan keçmiş olur.
Həm də kişilər yaş aldıqca fiziki aktivlikləri azalır, buna görə də onlar daha sakit bir həyat istəyirlər, qadınlar isə daha çox ictimai və dinamik həyat sürmək istəyirlər. Bütün bu təzadlar ailədaxilində həm məişət, həm də cinsi həyatda poblemlərin yaranmasına rəvac verir. Xüsusən kişinin daha böyük, qadının kiçik olduğu münasibətlərdə bu problemlər daha tez və qabarıq şəkildə özünü biruzə verir”.
Psixoloq evlilik üçün ideal yaş fərqini açıqlayıb:
“Təbii ki, bu deyilənlər hər bir ailəyə də tətbiq oluna bilməz. Burda ən önəmli olan tərəflərin yüksək empatiya duyğusuna malik olmaları, qarşılaşdıqları çətinliklərə anlayışla yanaşmalarıdır. Evlilik üçün ən idal yaş fərqi 5-10 yaş aralığı hesab olunur. Bu dünyada aparılan tədqiqatlarla həm qadın, həm kişi psixologiyasını nəzərə alaraq gəlinən nəticədir”.
Əsmətxanım RZAZADƏ

Telegram kanalımız