Müğənni Nura Suri Xalq artisti Alim Qasımovun müdafiə edib.
Yenisabah.az xəbər verir ki, o, "Facebook" statusunda xanəndənin rep oxumasını qınayanlara münasibətini açıqlayıb:
“Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüb şərhlərdə ağızına gələni yazıb. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar, klaviatura “qəhrəmanları” öz zəhərlərini töksünlər şərhlərə. Pepperoni pizza
Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdir, həyat da məhkəmə. Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın”.
Telegram kanalımız