Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk iclasının keçiriləcəyi gözlənilir.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdən sonra bildirib.
“Görüş hər iki ölkənin sərhədində baş tutacaq. Komissiya delimitasiya və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək. Tərəflər regional kommunikasiyaların bloklanması üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Söhbət zamanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyalar, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturları vasitəsilə beynəlxalq daşımaların təşkili məsələləri razılaşdırılıb”, - o bildirib. Dominos pizza
Telegram kanalımız