Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin mübadiləsi haqqında danışıb.
Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, N.Paşinyan bu gün video-müraciətində əsirlərin mübadiləsinin yaxın zamanlarda baş tutacağını bildirib:
"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”. Pepperoni pizza
Telegram kanalımız