Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən "Hot Room Club"da striptiz şou nümayiş etdirilir. Bu hadisədən Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayev və AYB-nin katibi, yazıçı Çingiz Abdullayev xəbərsiz olduğunu bildirmişdi.
"Yeni Sabah" məsələ ilə bağlı heç vaxt bu quruma üzv olmayan və hazırda xaricdə yaşayan şair Aqşin Yeniseyin fikirlərini öyrənib. A.Yenisey bildirib ki, gecə klubunda hər hansı şounun göstərilməsində maraq çəkəcək bir şey yoxdur:
"Maraqlı olan şey Yazıçılar Birliyinin adının həmişə "podval"larla hallanmasıdır. Stalinin zamanından qalan bu binaların həmişə zirzəmilərə aparan yeraltı yolları olub. Vaxtilə bu zirzəmilərdə AYB danosları əsasında millətçi şairləri güllələyirdilər. İndi bu zirzəmilərin striptizçilərə "orendaya" verilməsi onu göstərir ki, artıq AYB-də Stalinin öldüyünə inanmağa başlayan cəsarətli qüvvələr yetişib. Bunu ancaq qeyd etmək olar, həm də elə o klubda. Sözün düzünə qalanda da, guya, AYB-nin özündə zirzəmisindəki striptizdən maraqlı nə baş verir ki? Sadəcə, yuxarı mərtəbədə "oynayanlar" əyinlərini soyunmurlar". pizza hut
Əcəmi Əsədulla
Telegram kanalımız