Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin və oğlunun saxlanılmasının TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin və oğlunun saxlanılmasının TƏFƏRRÜATI

Hadisə

01 İyul 2025 21:49 2245


Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanmasının bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib. Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub. pizza sifarişi

Hadisədən sonra isə Şahin Şıxlinskinin və oğlunun saxlanılmasına qərar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!