Yenə “Qarabağ”, yenə qələbə?

saytların hazırlanması

Evə çatdırılma

Yenə “Qarabağ”, yenə qələbə?

İdman

30 Sentyabr 2019 15:31 1253


Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Düdelanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) matçının baş hakimi şotlandiyalı Con Biton olacaq. 

“Yeni Sabah”ın araşdırmasına görə, referi 3 dəfə ölkəmizin oyunlarına təyinat alıb. Eyni zamanda o, “Qarabağ” üçün yad sima deyil. Belə ki, təcrübəli referi 2016-cı ildə Avropa Liqasının qrup mərhələsində PAOK (Yunanıstan) – “Qarabağ” oyununu idarə edib. Ağdam klubunun 1:0 hesabla qələbə qazandığı görüşdə təmsilçimiz 1 sarı vərəqə görüb, rəqib isə 3 sarı vərəqəyə üzülüb. İkinci dəfə Ağdam klubunun oyununa təyinat alan bu referinin təmsilçimizi yenə sevindirəcəyini ümid edirik.

Həmçinin şotlandiyalı bu il ardıcıl ikinci dəfədir ki, Azərbaycan komandalarının matçlarına təyinat alır. Avro-2020-nin seçmə mərhələsində əsas millimizin Slovakiyaya böyük hesabla (1:5) məğlub olduğu qarşılaşmanı da C.Biton idarə edib. Görüşdə yığmamızın 1 futbolçusu sarı vərəqə alıb, rəqib isə aktivində kart görməyib.  Toyuqlu pizza

Bundan əlavə referi 2014-cü ildə keçirilən 19 yaşlıların Avropa Çempionatında Macarıstan – Azərbaycan oyununda ədaləti qoruyub. 1:1 hesabla başa çatan matçda millimizin 4 üzvünə sarı vərəqə göstərilib, Macarıstan millisinin isə 1 futbolçusu sarı, 1-i isə qırmızı vərəqə alıb. 

2012-ci ildə beynəlxalq dərəcəli hakim statusu alan şotlandiyalı 40 beynəlxalq matçı idarə edib. O, bu müddətdə rəqib qapısına 12 penalti təyin edib, 158 sarı, 10 qırmızı vərəqə göstərib. 

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!