“Yeni dəhlizin yaradılmasına imkan verməyəcəyik“ - İran səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Yeni dəhlizin yaradılmasına imkan verməyəcəyik“ - İran səfiri

Rəsmi

09 Fevral 2023 14:33 1795


"Tezliklə İranda Ermənistanın baş konsulluğu açılacaq".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyib.

O qeyd edib ki, söhbət Təbrizdə diplomatik nümayəndəlik açmaq planlarından gedir. pizza sifarişi

Səfir bildirib: “İki ölkənin liderləri hadisələri diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşu olmuşuq, qonşuyuq və olacağıq”.

Diplomat İranın Ermənistanda Qafan Baş Konsulluğunun açılmasını "nümunəvi addım" adlandırıb: 

"Gorus-Qafanmagistral yolunda yaranmış problemlər və bunun ardınca Ermənistan hökumətinin alternativ yolun yaradılması istiqamətində ciddi səyləri sübut edir ki, bizim rahat və təhlükəsiz yollara ehtiyacımız var. 

Əminik ki, Ermənistan və İran arasında yüksək keyfiyyətli və rahat nəqliyyat marşrutları iki ölkənin şoklararası arenada mövqelərini gücləndirmək üçün təsirli olacaq.

Bir az hiylə var, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək.

Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!