Yeni dələduzlar peyda olub - Qaşıqla insanların başına oyun açırlar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yeni dələduzlar peyda olub - Qaşıqla insanların başına oyun açırlar - Foto

Kriminal

23 Dekabr 2019 07:08 1419


Qazaxda dələduzluq edən şəxslər saxlanılıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib. pizza mizza

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək “tanımadığı” H.Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən “razılaşma”dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H.Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.

Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manatını mənimsəyiblər.

Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-yə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!