Yeni generallardan biri Hərbi İnstitutun rektorudur

saytların hazırlanması

Evə çatdırılma

Yeni generallardan biri Hərbi İnstitutun rektorudur

Siyasət

07 Noyabr 2025 16:47 4618


Bu gün general-mayor ali hərbi rütbəsi alan Ümüdvar Quliyev Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur.

“Yeni Sabah” xəbər verir ki, o, 2024-cü ildən bu vəzifədə çalışır.

Qeyd edək ki, Ümidvar Əzizalı oğlu Quliyev İmişli rayonunun Oruclu kəndində anadan olub. 2001-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Marqarita pizza

Vətən müharibəsi iştirakçısıdır.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti tərəfindən “Qarabağ” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi barədə sərəncam imzalayıb. Sərəncamla, general-mayor Kənan Əlihüseyn oğlu Seyidova, general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor ali hərbi rütbəsi verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!