Yeni generallardan biri məşhur icra başçısının oğludur -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yeni generallardan biri məşhur icra başçısının oğludur - FOTO

Siyasət

15 Dekabr 2025 14:35 7909


Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, təltif olunanlar arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov da var.

O, general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Toyuqlu pizza

S.Qaraşov 2023-cü ilin 22 iyununda FHN-in Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib. O, həmin vaxta qədər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Taleh Qaraşov 1996-cı ildən icra başçısı işləyir. O, 1996-2002-cı illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-cı illərdə Astara rayonlarının icra başçısı olub. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!