Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsi verilən iki zabit Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularıdır.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, yeni general Zaur Yusifli HHQ komandanının birinci müavini - Qərərgah rəisidir.
Bu gün general-mayor rütbəsi alan Anar Hüseynov isə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri vəzifəsində çalışır. Dördpendirli pizza
Onların hər ikisi Vətən müharibəsinin iştirakçılarıdır. Z.Yusifli və A.Hüseynov Azərbaycanın ən yaxşı hərbi pilotlarından sayılırlar.
Zaur Yusifli əslən Qaradağ rayonunun Ələt qəsəbəsindəndir.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi barədə sərəncam imzalayıb. Sərəncamla, general-mayor Kənan Əlihüseyn oğlu Seyidova, general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor ali hərbi rütbəsi verilib.
Telegram kanalımız