Yeni il gecəsi bulvara çıxanlara   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR

Sosial

25 Dekabr 2025 21:35 4272


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.

"Yeni Sabah" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib. Pepperoni pizza

Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!