Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

Sosial

24 Dekabr 2025 11:56 4083


Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.

“Yeni Sabah” xəbər verir ki, Bizim.media.az məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

 Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil. pizza hut

 "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə ETN-dən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!