Yeni Kaledoniyanın nümayəndə heyəti Bakıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni Kaledoniyanın nümayəndə heyəti Bakıya gələcək

Siyasət

29 May 2024 23:13 532


Mayın 30-da Bakı Təşəbbüs Qrupu çərçivəsində keçiriləcək görüş üçün Yeni Kaledoniyadan nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə NEWS.ru-ya Milli Məclisin deputatı Rasim Musabəyov məlumat verib. Onun sözlərinə görə, Bakı Qərbin təzyiqlərinə baxmayaraq, xalqların müstəmləkəçilik əleyhinə mübarizəsinə dəstək verməklə bağlı prinsipial mövqeyini saxlayır.

"Biz dəstək veririk - siyasi, mənəvi, informasiya dəstəyi. Amma biz insanları Yeni Kaledoniyaya göndərmirik ki, orada təbliğat aparsınlar. Arxipelaq Azərbaycandan 15 min km uzaqda yerləşir. Təbii ki, biz ora silah göndərmirik - bizim nə təyyarədaşıyıcılarımız, nə də strateji təyyarələrimiz var", - deyə deputat istehza ilə bildirib. pizza mizza

R.Musabəyov əmin edib ki, Parisin təzyiqləri Bakının neokolonializmlə mübarizəni davam etdirməsinə mane olmayacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!