Yeni nazir müavini kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir müavini kimdir? - DOSYE

Siyasət

16 Fevral 2026 12:07 624


Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavinindən biri Yusif Nəbiyevdir.

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, uzun illər FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb.

Y. Nəbiyev 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Marqarita pizza

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) vəzifələrini tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!