“Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”- Mikayıl Cabbarov

saytların hazırlanması

Evə çatdırılma

“Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”- Mikayıl Cabbarov

İqtisadiyyat

30 İyun 2020 16:28 892


“Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər”. 

Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov pandemiyanın təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib. pizza hut

Nazir bildirib ki, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdırlar:

“Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir”. 

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir:

“Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!