Yeni təyin olunan nazir haqda maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyin olunan nazir haqda maraqlı məlumatlar

Sosial

07 Fevral 2025 15:56 9247


Xəbər verdiyimiz kimi, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Yenisabah.az yeni nazir haqda məlumatları təqdim edir:

1980-ci ildə Bakı şəhərində anadan olub. Dominos pizza

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 3 fevral 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü olub.

Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri kimi fəaliyyət göstərib.

Evlidir, iki övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həzrətqulu Əhmədov
    HÖRMƏTLİ ANAR ƏLİYEVİ ƏƏSM NAZİRİ VƏZİFƏSİNƏ TƏYİN OLUNMADI İLƏ ƏLAQƏDAR TƏBRİK EDİR, MÜVƏFFƏQİYYƏTLƏR UQURLAR DİLƏYİRƏM.ÇOXSTAJLILARA RƏHM ESİN 400 MANATLAR 2000 MAN ƏMƏK PENSİYAMIZ OLSUN.
    1 year ago