Yeni Yasamalda 200 mənzil istiliksiz qalıb: sakinlər cavab gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Yeni Yasamalda 200 mənzil istiliksiz qalıb: sakinlər cavab gözləyir

Sosial

27 Fevral 2025 14:11 164


Yeni Yasamal 2, bina 7-də 3-cü gündür ki, istilik yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında bina sakinləri bildirib.

Sakinlər qeyd edirlər ki, "Azəristiliktəchizat"-dan verilən məlumata görə məhəllədaxili yeraltı xətdə problem var: pizza mizza

“Amma qurum xətti bərpa etmək istəmir. Bizə bildirirlər ki, binamız kooperativ binadır, məsələni kooperativin sədri həll etməlidir. Amma məlumdur ki, məhəllədaxili xətlərin təmirinə "Azəristiliktəchizat" cavabdehdir. Çünki sakinlər olaraq istiliyin pulunu məhz bu quruma ödəyirik.

Beləliklə, 3 gündür ki, 200-ə yaxın mənzili olan binanın sakinləri bu cür soyuq, şaxtalı-qarlı havada istiliksiz qalıb. Sakinlərin arasında körpə uşaqlar, yaşlı insanlar, xəstələr var. Buna baxan yoxdur”.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza bu cür cavab verdi:

“Qeyd edilən ünvandakı bina kooperativ binadır. Qurumumuzun məsələdən xəbəri var. Məhəllədaxili yeraltı xətdə problem dedikdə, bu problem 6 saylı binadan 7 saylı binaya keçən istilik xəttində baş verib. Hazırda iş gedir, komendantlıq problemi aradan qaldırmağa çalışır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!