Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi

Kriminal

03 Oktyabr 2022 17:48 1154


2022-ci ilin  29 sentyabrda Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məluat verilib.

Araşdırmalarla barəsində məhkəmədə  cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. pizza

Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!