Xətai rayonunda yeniyetməyə qarşı quldurluq edən şəxs saxlanılıb.
DİN-dən "Yeni Sabah"a verilən xəbərə görə, hadisə Xətai rayonunun M.Rüstəmov küçəsində baş verib.
Məlumata əsasən aprelin 10-da saat 22:00 radələrində 14 yaşlı oğlanı bıçaqla hədələyərək quldurluq yolu ilə 100 manat pulunu alan şəxs həmin ərazidə xidmət aparan 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dominos pizza
Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini İ.Yusifov olduğu müəyyən edilib.
Xətai RPİ-də araşdırma aparılır.
Telegram kanalımız