Zığda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılmışdı. Məsələylə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparıldığını və bununla bağlı aidiyyəti orqanlara məlumat verəcəklərini bildirmişdi.
Kəmalə Ağazadə “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu hadisə Zığ kəndində 331 saylı bağçada baş verib:
“Həmin bağçanın adını bildirmək istəməyən rəsmisi faktı təsdiqlədi. Bildirib ki, hadisə 30 mayda baş verib. Bununla bağlı valideyn iclası çağırılıb. Valideynlərin imzası ilə guya əməkdaş işdən azad olunub. Bu insanın məsuliyyətini heç də azaltmır. Pepperoni pizza
Bu gün burdan çıxıb, ola bilsin elə bir maddə qoyulub ki, yəqin ki, nizam-intizam qaydaları ilə bağlıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndidir. Düzdür, o hansısa uşaq müəssisəsində işləyə bilməyəcək. Amma bu gün kim qaranti verir ki, belə hadisələr digər bağçalarda təkrarlanmayacaq?
Bunun üçün isə xüsusi olaraq məktəbdənkənar müəssisələrə tərbiyəçi və müəllimlər işə götürüləndə onları psixoloji kursdan keçirmək mütləqdir. Mən düşünürəm ki, bunu pedaqoqlara da şami etmək lazımdır”.
K.Ağazadə qeyd edib ki, məsələylə bağlı heç bir valideyn şikayət etməyib:
“Şikayət olmadığı halda heç bir şey etmək olmur. Yəqin onların evində bu sözlər normaldır, adi qəbul olunur. Amma düşünmürlər ki, bu, uşağın psixologiyasına nə dərəcədə təsir edir. Ola bilsin, bağça rəhbərliyi də xahiş edib ki, bu məsələ böyüməsin. Biz bilmirik, bu ehtimaldır”.
Əsmər Qabil
Tərbiyəçinin uşağı söydüyü video BURADA
Telegram kanalımız