Yerevan türk qoşunlarının çıxarılmasını tələb edir, Rusiya isə... 

saytların hazırlanması

Evə çatdırılma

Yerevan türk qoşunlarının çıxarılmasını tələb edir, Rusiya isə... 

Rəsmi

07 Dekabr 2020 21:00 6906


Ermənistan və Azərbaycan münaqişə zonasında vəziyyət sabitləşdikdən sonra Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək. Bu barədə bazar ertəsi RF XİN başçısı Sergey Lavrovla görüşdən sonra Moskvada keçirilən brifinqdə Ermənistan XİN başçısı Ara Ayvazyan bildirib. 

Daha sonra Ayvazyan deyib: "Türkiyə öz silahlı heyətini və ona bağlı terror qruplaşmalarını Dağlıq Qarabağ münaqişəsi zonasından və bütünlükdə Cənubi Qafqazdan çıxarmalıdır. Hələlik xarici döyüşçülərin - terrorçuların çıxarılması haqqında dəqiq siqnal yoxdur", deyə o bildirib.

Ara Ayvazyan Yerevanın əsirləri "hamının hamı ilə" prinsipi ilə dəyişdirilməsinə hazır olduğunu təsdiq edib. Dördpendirli pizza

Öz növbəsində, Lavrov bildirib ki,  qaçqınların qaytarılmasına yardım sabit xarakter alır, insanlar isə bu prosesdən daha çox əminlik hiss edirlər. "Və biz bu əhval-ruhiyyəni hər vasitə ilə möhkəmləndirəcəyik, həm Ermənistanın, həm də Azərbaycanın iştirakı ilə humanitar reaksiya mərkəzinin beynəlxalq mərkəzə çevrilməsi haqqında hazırda gedən danışıqlar da buna şərait yaradacaq. İndi müvafiq qurumların xətti ilə müvafiq sənədlər müzakirə olunur", deyə o bildirib.

Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağda mədəniyyət obyektlərinin qorunub saxlanılmasına xüsusi diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, YUNESKO öz qiymətləndirmə missiyasını hazırlayır. /Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!