“Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var” - Fuad Nəcəfli

saytların hazırlanması

Evə çatdırılma

“Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var” - Fuad Nəcəfli

Siyasət

28 Dekabr 2022 22:46 858


“Yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var”.

Yenisabah.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda sakinlərlə görüşdə bildirib.

O, Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb. pizza hut

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı, yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!