Yevlax sakininin meyiti Gədəbəydə tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Yevlax sakininin meyiti Gədəbəydə tapıldı 

Hadisə

21 Mart 2023 20:35 867


Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb. 

O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.  Toyuqlu pizza

Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyiti tibbi ekspertizaya təhvil verilib. 

Qeyd edək ki, meyiti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir. 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!