Yevlaxda avtomobil yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda avtomobil yandı - Video

Hadisə

11 Avqust 2023 18:47 1770


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri, N.Nərimanov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində VAZ-2106 markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülüb. pizza mizza

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!