Yevlaxda avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb, bir nəfəri xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb, bir nəfəri xilas edildi

Hadisə

27 Aprel 2025 17:47 335


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. pizza mizza

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Honda" markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!