Yevlaxda hadisə: Dövlətə məxsus texnika yandı –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda hadisə: Dövlətə məxsus texnika yandı – VİDEO

Hadisə

01 İyul 2025 10:06 790


Ötən gün Yevlax rayonu ərazisində hadisə baş verib.

“Yeni Sabah” xəbər verir ki, Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavator yanıb. Hadisə Aran qəsəbəsində, keçmiş hərbi hissə olmuş ərazinin yaxınlığında baş verib. Xəbərdə bildirilir ki, ekskavator ərazidə icazəsiz söküntü işləri aparırmış. 

Xəbərdə bildirilir ki, dövlətə məxsus texnikadan Gülmalıyev Nizami İsmayıl oğlu idarə etməli olduğu  halda İdarənin rəisi  Ariz Mikayılovun bibisi oğlu  Ədilzadə Nicat İntiqam oğlu idarə edib. Onun texnikanı idarə etmək hüququ olmayıb. Söküntü işləri aparılan zaman dəyəri 100 min AZN-dən artıq olan texnika tamam yanıb.  pizza sifarişi

“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, hadisə ilə bağlı hazırda Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!