Bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir.
Yenisabah.az xəbər verir ki, görüşdə Qarabağ ermənilərinin 2 nümayəndəsi iştirak edir.
Onlardan birinin - separatçıların qondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” fraksiyasının rəhbəri Davit Melkumyan olduğunu xəbər vermişdik.
Qarabağ ermənilərinin 2-ci nümayəndəsinin də şəxsiyyətini dəqiqləşdirmək mümkün olub.
Məlum olub ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.
Telegram kanalımız