Yığmamız Estoniyaya qarşı 

saytların hazırlanması

Evə çatdırılma

Yığmamız Estoniyaya qarşı 

İdman

28 Avqust 2019 09:01 1091


Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

“Yeni Sabah” xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi bu gün 4-cü turda autsayder Estoniya ilə qarşılaşacaq. Oyun 17:30-da başlayacaq. Qrupun digər oyununda Xorvatiya Macarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!