Yol çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yol çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanıldı

Kriminal

11 Aprel 2019 16:44 828


Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun kənarındakı mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, Astara RPŞ-yə Ələt-Astara magistral yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirirlən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!