Yol polisi bir ildə 118 milyon manatdan çox cərimə yazıb

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi bir ildə 118 milyon manatdan çox cərimə yazıb

Maraqlı

10 Fevral 2021 13:08 646


2020-ci ildə qayda pozan sürücülərə yazılan cərimələrin məbləği açıqlanıb.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Dominos pizza

Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!