Yol polisi deputatı saxladı: “Deputatsansa, sənəd göstər...”

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi deputatı saxladı: “Deputatsansa, sənəd göstər...”

Hadisə

08 Sentyabr 2020 01:18 2432


Yol polisi deputat Razi Nurullayevi saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib:

"Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi.  pizza

Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.

Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə.

Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də.

Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər.

Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq.

Gözləyirəm".

No description available.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!