Yol polisi sürücülərdən ehtiyatlı olmanı rica edir

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi sürücülərdən ehtiyatlı olmanı rica edir

Sosial

15 Fevral 2025 12:18 151


Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP qabaqlayıcı tədbirlər görür.

Yenisabah.az xəbər verir ki, bu barədə yol polisi idarəsi məlumat yayıb.

YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir. Dördpendirli pizza

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!