Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BDYPİ) karantin qaydalarına riayət olunmur.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Taleh Şahsuvarlı bildirib. O BDYPİ-dən fotolar paylaşaraq yazıb:
“Bakı Şəhər DYP-də basabasdır. Karantin qaydalarına əməl edən yoxdur. Cəriməsi olan sürücülərin maşını şəhərdə saxlanılır və cərimə meydançasına aparılır. Karantin dövründə vətəndaşların gəlirlərinin azalması rəisin vecinə deyil. Çünki rəis ümumiyyətlə işdə yoxdur, məzuniyyətdədir. Şikayət etməyə şərait yaradan da yoxdur”. Marqarita pizza
BDYPİ-nin rəisi Rəşid Piriyevdir. O, bu vəzifəyə 2020-ci ilin yanvar ayında təyin edilib. Bu təyinata qədər Rəşid Piriyev BDYPİ-nin rəis müavini vəzifəsində çalışıb. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Telegram kanalımız