Yol polisi saxladı, sabah həmin yerdə dayanmaya görə cərimə protokolu gəldi... - Video

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi saxladı, sabah həmin yerdə dayanmaya görə cərimə protokolu gəldi... - Video

Sosial

02 Avqust 2023 01:50 1802


Paytaxt sakini Ramil Eyvazovun başına qəribə hadisə gəlib.

Yenisabah.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə polis bu vətəndaşın idarə etdiyi avtomobili saxlayıb, sənədləri yoxlayıb və bir neçə dəqiqədən sonra sürücü yoluna davam edib.

Səhəri gün isə sürücüyə həmin yerdə dayandığına görə cərimə gəlib.  Marqarita pizza

20 ildir avtomobil idarə etdiyini deyən sürücü yazılmış cəriməni doğru hesab etmir.

O, aidiyyəti üzrə müraciət etdiyini, amma 20 manat məbləğində olan cərimənin hələ də silinmədiyini vurğulayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirilib ki, məsələ araşdırılacaq və 15 iş günü müddətində ona hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!