Yolda uzanmış şəxsi maşınla vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Yolda uzanmış şəxsi maşınla vurub öldürdü

Hadisə

18 Mart 2023 10:30 993


İmişlidə avtomobil yolun üzərində uzanmış şəxsi vuraraq öldürüb.

Yenisabah.az xəbər verir ki, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1956-cı il təvəllüdlü Ziyadxan Murtuzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə asfalt üzərində uzanmış vəziyyətdə olan Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Fərman Xasayevi görməyib və avtomobillə onun üzərindən keçib. Z.Murtuzayev hadisə yerindən qaçıb. Marqarita pizza

İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!